Mütəxəssislər üçün

Alman Osteopatiya Akademiyası — Azərbaycan filialı

Osteopathie Schule Deutschland (OSD) akademiyasının Azərbaycandakı rəsmi tədris mərkəzi. ELF Center bu akademiyaya ev sahibliyi edir.

4 illik peşəkar təhsil

Alman Osteopatiya Məktəbi proqramı əsasında nəzəri və praktiki təlim.

Beynəlxalq diplom

Beynəlxalq səviyyədə tanınan sertifikatlı diplom — dünyanın istənilən ölkəsində işləmək imkanı.

Dünyaca tanınmış müəllimlər

Almaniya və Türkiyədən gələn mütəxəssislər dərs deyir.

Real pasiyentlərlə praktika

Nəzəriyyə ilə yanaşı, klinik mühitdə praktiki bacarıqlar qazanılır.

Osteopatiya nədir?

Osteopatiya bədənin özünü sağaltma gücünü aktivləşdirən, dərmansız və əməliyyatsız müalicə üsuludur. Akademiyanın tədrisi üç prinsip üzərində qurulub:

  • Orqanizmin bütövlüyü. Bütün toxumalar bir-birinə bağlıdır; bir nahiyədəki problem digərinə təsir edə bilər.
  • Struktur və funksiya əlaqəsi. Bədənin quruluşu ilə funksiyası arasında sıx əlaqə var — hər bir toxuma öz anatomik yerinə qaytarıldıqda normal funksiya bərpa olunur.
  • Bədənin öz-özünə müalicə qabiliyyəti. Manual texnikalarla bu təbii sağalma mexanizmləri dəstəklənir və təşviq edilir.

Kimlər üçün?

Həkimlər, fizioterapevtlər və reabilitasiya sahəsində çalışan bütün mütəxəssislər.

Təlimdə nə qazanırsınız?

  • Dayaq-hərəkət sistemi üzrə müasir yanaşmalar
  • Şikayətlərin səbəbini daha dəqiq müəyyən etmək bacarığı
  • Pasiyentlər üçün daha uzunmüddətli və effektiv nəticələr
  • Dərin anatomiya bilikləri

Bu sahə sizə nə verəcək?

  • Yeni peşə və beynəlxalq səviyyədə tanınan diplom
  • Dünyanın istənilən ölkəsində işləmək imkanı
  • Pasiyentlərə dərmansız və təbii yolla kömək etmək bacarığı
  • Öz sahənizdə peşəkar və yenilikçi mütəxəssis olmaq
Müəllimlər və təlimlər

ELF Center-də keçirilən beynəlxalq təlimlər

«Skolioz müalicəsində osteopatik texnikalar»

MSc Osteopat D.O. Michel Puylaert

Alman Osteopatiya Məktəbi (Belçika/Almaniya)

Bakıda ilk dəfə. Skoliozun kök səbəblərini izah edən və müalicə üsullarını öyrədən 3 günlük təlim.

Visseral osteopatiya

Michel Puylaert

Alman Osteopatiya Məktəbi

«Visseral osteopatiya bədənə dərin baxış bucağı təqdim edir. Bu sahədə nəzəri biliklər və praktiki bacarıqlar arasında balans yaratmaq vacibdir.»

«Fassiyalar»

Beate Ziegenhain

Almaniya

Alman Osteopatiya Məktəbinin Azərbaycandakı ilk dərsi — fasiya nədir, strukturlar arasında əlaqə və fiziki stressin fasiya toxumasına təsiri.

Dry Needling — Basic Level

Dr. Mohammad Javaherian

Beynəlxalq sertifikatlı lektor · JOMT Education

Türkiyə, Almaniya, İsveçrə, Hindistan, İran və Omanda 50-dən çox kurs təcrübəsi; 1200-dən çox fizioterapevtə manual terapiya və quru iynələmə tədris edib. Kursun sonunda beynəlxalq sertifikat verilir.

Çiyin zədələnmələri üzrə elmi-praktik təlim

Prof. Mike Lusemoure (Maykl Luzmor)

University College London, Böyük Britaniya

İdman tibbində çiyin ağrıları, diaqnostika və reabilitasiya. Sonda ISEH CPD sertifikatı verilir. Məkan: Azərbaycan İdman Akademiyası.

Klinik posturologiya

Ankara osteopatiya kursu

Posturologiya bədən qaməti haqqında elmdir. Klinik posturologiya bütün orqanların bir-biri ilə funksional əlaqəsini və posturaya təsirini öyrədir.

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.