Uşaqlarda yastıayaqlılıq üzrə elmi tədqiqat — University College London (UCL), İdman, Fiziki Fəaliyyət və Sağlamlıq İnstitutu (ISEH) və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistr proqramı çərçivəsində. Tədqiqatda 35-dən çox uşaq iştirak edib. Elmi rəhbər — Prof. Mike Lusemoure (UCL, Böyük Britaniya).
Dr. Elfanə Süleymanova
ELF Sağlamlıq Mərkəzinin direktoru, terapevt-osteopat, bütüncül (integrativ) tibb həkimi
Qəbul yeri
Təhsil və peşəkar yol
Azərbaycanın ilk osteopatlarından biri. Azərbaycanda ali tibb təhsili alıb, osteopatiyanı Rusiyada öyrənib və Almaniyada praktik proqramda iştirak edib. Beynəlxalq səviyyədə tanınmış mütəxəssislərdən yeni texnikaları öyrənməyə davam edir.
-
Ali tibb təhsiliAzərbaycan Tibb Universiteti, Müalicə fakültəsi (2001–2007)
-
Osteopatiya ixtisasıSankt-Peterburq Osteopatiya İnstitutu (2014-cü ildən)
-
Almaniyada praktikaNiedersachsen Klinikum Leer — onurğa cərrahiyyəsi üzrə praktik təcrübə, fəqərəarası disk yırtıqlarının müalicəsi
-
İş təcrübəsi2014-cü ildən «Bioloji Müalicə» klinikasında həkim-terapevt osteopat
-
Baş həkimMasallı «Bioloji Müalicə» klinikasının baş həkimi (2018–2020)
-
ELF Center2022-ci ildən ELF Sağlamlıq Mərkəzinin direktoru
Elmi və akademik fəaliyyət
Osteopatiyanı Azərbaycanda inkişaf etdirmək və gələcək mütəxəssisləri hazırlamaq Dr. Elfanənin fəaliyyətinin ayrılmaz hissəsidir.
Alman Osteopatiya Akademiyasının (Osteopathie Schule Deutschland) Azərbaycan filialının təsisçi tərəfdaşı və ev sahibi.
Skolioz Akademiyasının qurucusu — 16 yaşa qədər uşaqlar üçün qrup reabilitasiya proqramı.
«Skoliozun bütüncül müalicəsi» kursunun müəllifi — reabilitoloq və fizioterapistlər üçün 10 dərslik ixtisasartırma proqramı.
Kinezioteypləmə (kineziobantlama) üzrə müəllif kursunun aparıcısı.
Azərbaycan Tibb Universitetinin Fizioterapiya və Tibbi Reabilitasiya fakültəsinin tələbələri üçün mütəmadi görüşlər və praktika proqramı (2022-ci ildən).
Azərbaycan İdman Akademiyasının son kurs tələbələri üçün klinik praktika proqramı.
Mükafat
Peşəkar həkim-osteopat mükafatı
Woman Global Awards
Azərbaycanda təşkil olunan, 20-dən çox ölkədən iştirakçının qatıldığı tədbirdə
Çıxışlar və tədbirlər
- «Çanaq sümüklərinin qadın orqanizminin sağlamlığında rolu» — GələcəkSən layihəsi
- «Gözəllik içdən başlayır» — süd vəzisinin sağlamlığı proqramı, ELF Center
- «Sağlam Yaşlanmada Hərəkətin Rolu» — Güvən Dayə Xidməti, Karyera və İnkişaf Akademiyası, ELF Center və Seni Azərbaycan-ın birgə maarifləndirici təlim proqramı
- Stress idarəetməsi mövzusunda podkast çıxışı
Seminarlar və televiziya çıxışları
Dr. Elfanə Süleymanovanın YouTube kanalında 18 video — seminarlardan «Həkim işi», «Analar məktəbi» və «Antivirus» verilişlərinə qədər.
8 dəq 03 san
Skolioza son — seminar
Skolioz
10 dəq 01 san
Skoliozsuz, düzgün qamətli uşaqlar böyüdək
Skolioz
7 dəq 44 san
Hamiləlik və osteopatiya — «Şüurlu analığa bir addım»
Qadın sağlamlığı
1 dəq 00 san
Osteopatiya proseduru ağrılı deyil!
Osteopatiya
31 dəq 35 san
Skolioz nədir? Necə yaranır?
Skolioz
28 dəq 33 san
Dr. Elfanə Süleymanova ilə onurğa sütunu problemlərinə fərqli yanaşma — «Həkim işi»
Televiziya verilişləri
Mətbuatda
Osteopat-terapevt Elfanə Süleymanova ATU tələbələri üçün görüş keçirdi
Azərbaycan Tibb Universitetinin Fizioterapiya və Tibbi Reabilitasiya fakültəsinin 22 tələbəsi ELF Health Center-də görüş keçirdi. Dr. Elfanə Süleymanova görüşlərin davamlı olacağını və növbəti görüşlərdə tələbələrin prosedurları müşahidə etmək imkanı qazanacağını bildirdi.
Mənbəyə keçTeleviziya verilişləri
- «Həkim işi» — Onurğa sütunu problemlərində osteopatiya
- «Analar məktəbi» — Skolioz və digər qamət pozulmaları
- «Antivirus» — Onurğa sütunu xəstəlikləri
Tək işləmirik
Yaxşı nəticənin arxasında həmişə komanda işi dayanır. ELF Center-də osteopatlar, fizioterapevtlər, reabilitoloqlar, masaj mütəxəssisləri və məşqçilər birlikdə çalışır.
Dr. Lala Rzayeva
Aparıcı osteopat
Alman Osteopatiya Akademiyasının məzunu. Osteopatiya mövzusunda mərkəzin maarifləndirmə materia…
Dr. Könül
Fizioterapevt-osteopat
Seymur Süleymanlı
Fizioterapevt-reabilitoloq
Alman Osteopatiya Məktəbinin tələbəsi. Diz, çiyin və boyun reabilitasiyası, ev şəraiti üçün məş…
Eldar Əliyev
Fizioterapevt
Bilqeyis xanım
Fizioterapevt-reabilitoloq
Türkiyənin Aydın Universitetinin Fizioterapiya və Reabilitasiya bölümünün məzunu. Skolioz, valg…
Mələk xanım
Fizioterapevt
Bədən elastikliyi və əsnətmə proqramları.