Uşaqlar üçün proqram

Skolioz Akademiyası

16 yaşa qədər uşaqlar üçün qrup şəklində reabilitasiya proqramı.

Proqram necə qurulub

6 prinsip

Dərəcəyə görə qruplar

Uşaqlar əvvəlcə müayinədən keçir, sonra skolioz dərəcələrinə uyğun qruplara bölünür. Hər qrupda 6–8 uşaq olur.

Skoliozmetr ilə izləmə

Dərəcə ölçmək üçün hər dəfə rentgen istifadə olunmur — skoliozmetr tətbiq edilir.

Mütəxəssis nəzarəti

Məşqlər reabilitoloq və fizioterapist nəzarəti altında keçirilir.

Masaj + reabilitasiya birlikdə

Proqram təkcə məşqdən ibarət deyil — müalicəvi masaj da daxildir.

Planlı və təhlükəsiz

Saatlar və günlər uşağa uyğunlaşdırılır. Hər dərs 45 dəqiqə çəkir.

Qrup motivasiyası

Qrup şəklində məşqlər uşaqlara həm motivasiya verir, həm də mütəxəssis nəzarəti altında düzgün hərəkət etməyi öyrədir.

Proqram necə aparılır?

  • 1. Öncə osteopatik müayinə və diaqnostika
  • 2. Fərdi proqram yazılır
  • 3. Uşaq uyğun qrupa yönləndirilir (minimum 6 nəfər)
  • 4. Saatlar və günlər uşağınıza uyğunlaşdırılır
  • 5. 10 günlük proqram — nəticələr izlənilir

Kimlər üçün nəzərdə tutulub?

  • 1-ci və 2-ci dərəcəli skoliozu olan uşaqlar
  • Kifoz və lordoz kimi digər qamət pozuntuları
  • Çiyin və çanaq asimmetriyası
  • Kürəkdə çıxıntı (qanad skapula)
  • Duruş pozğunluğu və tez yorulma

Niyə qrup şəklində?

Qrup şəklində reabilitasiya məşqləri uşaqlara həm motivasiya verir, həm də mütəxəssis nəzarəti altında düzgün hərəkət etməyi öyrədir. Bu prosesdə məqsəd onurğa ətrafı əzələləri gücləndirmək, duruş balansını yaxşılaşdırmaq və hərəkət sistemini dəstəkləməkdir.

Nəticələr necə ölçülür?

Skolioz dərəcələrini ölçmək üçün hər dəfə rentgen istifadə olunmur — bunun əvəzinə skoliozmetr tətbiq edilir. Bu, xüsusilə böyümə dövründə olan uşaqlarda təkrar şüalanmanın qarşısını alır.

Əvvəl / Sonra

Proqramdan real nəticələr

15 yaş

Skolioz — asimmetrik çanaq və qanad skapula (scapula winging)

10 seans: elektroterapiya, müalicəvi masaj, reabilitasiya

14 yaş

Skolioz — boyunda gərginlik qaynaqlı tiklər

10 seans: elektroterapiya, masaj, reabilitasiya və 2 dəfəli osteopatiya

16 yaş

Skolioz — asimmetrik çanaq və kürək sümükləri, estetik görünüş problemi

10 seans: müalicəvi bədən tərbiyəsi, masaj, fizioterapiya

12 yaş

1-ci dərəcəli skolioz

15 seans: masaj, reabilitasiya, fizioterapiya

17 yaş

S-vari skolioz

15 seans: masaj, reabilitasiya, fizioterapiya

10 yaş

Skolioz — qamət pozulması

15 seans reabilitasiya

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.