Valideynlərin diqqət etməli olduğu əlamətlər
- Çiyinlərdən biri digərindən aşağıdır
- Çanaq nahiyəsində və qabırğa qövslərində əyrilik
- Boyunda əyilmə və duruş pozğunluğu
- Kürəkdə çıxıntı (qanad skapula)
- İştahsızlıq, tez yorulma
- Dərsdən sonra halsızlıq
- Bel, boyun və ya ayaq ağrılarından şikayət
Ağır məktəbli çantası skolioz yarada bilərmi?
Bəli — xüsusən düzgün daşınmadıqda. Uşaq hər gün yaşına və çəkisinə uyğun olmayan ağır çantanı tək çiyində daşıyırsa, irəli əyilərək yeriyirsə, onurğa bir tərəfə yüklənir və əzələlər arasında balans pozulur.
- Çanta çəkisi uşağın çəkisinin 10–15%-ni keçməməlidir
- Hər iki çiyində daşınmalıdır
- Uşağın duruşu mütəmadi yoxlanmalıdır
- Erkən mərhələdə mütəxəssis baxışı çox önəmlidir
Skoliozun proqressiv olmaması üçün valideyn nə etməlidir?
- Uşağı ortopedə və ya reabilitoloqa göstərin — səbəbi və dərəcəni bilmək vacibdir
- Hər gün hərəkət və müxtəlif aktivlik: üzgüçülük, gimnastika, rəqs
- İş yeri boya uyğun seçilməlidir: masa, stul, monitor göz səviyyəsində
- Çanta və ayaqqabı yüngül, simmetrik və yaxşı dəstəkli olmalıdır
- Xüsusilə böyümə dövrlərində (10–14 yaş) mütəmadi mütəxəssis nəzarəti
- Arxa və tənəffüs məşqləri — reabilitoloqun nəzarəti ilə
- Duruş, nəfəsalma və yuxuya diqqət — orta sərtlikdə döşək, hər gecə eyni pozada yatmamaq
- Emosional vəziyyət də təsir edir — dəstək və güvən uşağın «dik durmasına» kömək edir
Tətbiq etdiyimiz üsullar
Onurğa və postur analizi
Bədənin necə dayandığı, hərəkət etdiyi və yükü necə payladığı bir çox funksional dəyişiklik haqqında məlumat v…
Müalicəvi bədən tərbiyəsi (MBT)
Təkcə müalicə kifayət etmir — hərəkət də vacibdir. Ən yaxşı nəticə davamlı məşqlə əldə olunur.
Uşaq masajı
Gərgin və qısalmış əzələ qruplarını normallaşdırır, immunitetə müsbət təsir göstərir.
Şrot (Schroth) terapiyası
Skoliozun müalicəsində istifadə olunan xüsusi nəfəs və duruş terapiyası.
Gimnastika və fitness qrupları
Həftədə 2 dəfə — həm uşaqlar, həm də xanımlar üçün xüsusi proqram.