Oynaq və ətraflar

Diz ağrısı və qonartroz

Diziniz ağrıyır — amma səbəb diz olmaya bilər. Çox vaxt problemin kökü çanaqdan başlayır.

İki cür diz ağrısı var

  • Travmatik diz ağrıları — oynağın birbaşa zədələnməsi
  • Qeyri-travmatik diz ağrıları — qarın boşluğu orqanlarının oynağa təsiri, uşaqlığın çıxarılması əməliyyatı, bel nahiyəsinin degenerativ xəstəlikləri və disk yırtığı

Bundan əlavə, yastıayaqlılıq və valgus deformasiyası da diz ağrılarına səbəb kimi istisna edilməməlidir. Hətta MRT nəticələrində heç bir problem görünməsə də, səbəb ayağın valgus quruluşunda ola bilər.

Saatlarla oturmaq nə edir?

  • Çanağı «bloklayır»
  • Onurğanı passivləşdirir
  • Əzələləri zəiflədir

Nəticədə ağrı tamam başqa yerdə ortaya çıxır: dizdə, topuqda, dirsəkdə, boyunda.

Ən vacib əzələ

Diz oynağını qorumaq üçün ən vacib əzələ dördbaşlı bud əzələsidir (m. quadriceps femoris). Bu əzələ həm dizin sabitliyini təmin edir, həm ağrını azaldır, həm də yüklənməni bərabərləşdirir. Onun zəifliyi qan və limfa axınını pozaraq ayaqlarda ödem yarada bilər.

Qonartroz

Qonartroz zamanı düzgün seçilmiş fizioterapevtik hərəkətlər ağrını azaltmağa, hərəkətliliyi artırmağa və diz oynağını gücləndirməyə kömək edir.

Tətbiq etdiyimiz üsullar

Osteopatiya

Əzələ-skelet sistemi, daxili orqanlar, onurğa, sinir sistemi və qan dövranı üzərində əl ilə işləyən müalicə üs…

Proloterapiya və PRP

Zədələnmiş bağ və vətərlərin bərpası üçün regenerativ müalicə üsulu.

Fizioterapiya

Hər ağrı eyni olmur — ona görə hər pasiyentin müalicəsi də eyni olmamalıdır.

Maqnitoterapiya

Elektromaqnit sahə terapiyası — oynaq iltihabını azaldır, hərəkət rahatlığı yaradır.

Kinezioteypləmə (kinezoteyp)

Dərinin üzərinə yapışdırılan elastik bant — əzələ və oynaqları dəstəkləyir, ağrını azaldır.

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.