Boyun gərginliyi hər zaman yalnız xəstəliklə bağlı olmur. Bəzən səbəb gündəlik vərdişlərimizdə gizlənir: yanlış yuxu mövqeyi, uzun müddət telefona baxmaq, düzgün olmayan oturuş.
Zamanla bu gərginlik sinirləri sıxaraq baş ağrısı, yuxusuzluq, qol keyiməsi və hətta görmə problemlərinə yol aça bilər.
Boyun ağrısına səbəb olan hallar
- Degenerativ disk xəstəliyi
- Boyun dartınması və travmaları (whiplash)
- Disk yırtığı və ya sinir sıxışması
- Atlas (birinci boyun fəqərəsi) üzərində artmış yük
- Sternocleidomastoid (SCM) əzələsində gərginlik
- Kondisionerin yaratdığı ani temperatur dəyişikliyi
Boyun xırçıldatmağın zərərləri
- Oynaqların və qığırdaq toxumasının aşınması, uzunmüddətdə artroz riski
- Sinirlərin sıxılması — ağrı, keyləşmə, hərəkət məhdudiyyəti
- Boyundakı iri damarların sıxılması — başgicəllənmə, insult riski
- Ligamentlərin zədələnməsi və boyun sabitliyinin pozulması
Tətbiq etdiyimiz üsullar
Osteopatiya
Əzələ-skelet sistemi, daxili orqanlar, onurğa, sinir sistemi və qan dövranı üzərində əl ilə işləyən müalicə üs…
Quru iynələmə (Dry Needling)
Əzələ daxilindəki gərginlik nöqtələrinə (trigger point) hədəfə yönəlmiş müdaxilə.
Müalicəvi masaj
Kompleks müalicənin bir hissəsi olmaqla yanaşı, tək halda da tətbiq olunan tibbi prosedur.
Graston terapiyası
Xüsusi metal alətlərlə dərin toxumalara təsir edən fasiya terapiyası.
Fizioterapiya
Hər ağrı eyni olmur — ona görə hər pasiyentin müalicəsi də eyni olmamalıdır.