Müalicəvi masaj hüceyrəarası mayenin mobilizasiyası, ödemlərin azaldılması, yerli qan dövranının sürətləndirilməsi, ağrının aradan qaldırılması, əzələ qısalığının və bitişmələrin (spaykaların) aradan qaldırılması üçün uğurla tətbiq olunur.
Mərkəzimizdə tətbiq olunan masaj növləri
- Terapevtik (tibbi) masaj
- Uşaq masajı
- Rahatlaşdırıcı masaj
- Antistress masajı
- Estetik və modelləşdirici masaj
- Antisellülit masajı
- İdman masajı
- Kupa (banka) masajı
- Visseral masaj
- Limfodrenaj masajı
- Fasiya masajı
- Üz, boyun və ayaq masajı
Skoliozda masajın rolu
Masaj skolioz zamanı əzələlərdə yaranan gərginliyi azaldır, qan dövranını yaxşılaşdırır və ağrıları yüngülləşdirir. Lakin unutmayın: masaj tək başına əyilmiş onurğanı düzəltmir. Skoliozun müalicəsində kompleks yanaşma vacibdir — osteopatiya, fizioterapiya, düzgün idman hərəkətləri və mütəxəssis nəzarəti.
Hansı hallarda müraciət etmək olar?
- Əzələ ağrıları və spazmlar
- Miogelozlar
- Yuxusuzluq və daimi yorğunluq
- Skolioz və kifoz (kompleks daxilində)
- Ödem