Masaj terapiyaları

Limfodrenaj masajı və presoterapiya

Bədəndən artıq mayeni çıxaran, ödemi və şişkinliyi azaldan aparat və əl texnikaları.

Presoterapiya nədir?

Presoterapiya xüsusi cihaz vasitəsilə təzyiq tətbiq edərək limfa və qan dövranını yaxşılaşdıran terapiyadır. Bu prosedur bədəndə maye yığılmasının (ödemin) qarşısını alır və toksinlərin təmizlənməsinə kömək edir.

  • Ödem və şişkinliyi azaldır
  • Limfa və qan dövranını yaxşılaşdırır
  • Sellülit və piy yığılmalarını azaldır
  • Toksinlərin bədəndən çıxarılmasını sürətləndirir
  • Əzələ yorğunluğunu aradan qaldırır
  • Damar sağlamlığını dəstəkləyir

Göstərişlər

  • Ödem və limfa durğunluğu
  • Erkən mərhələdə varikoz damarlar
  • Limfodema və limfostaz
  • Xroniki venoz çatışmazlıq
  • İdmandan sonra əzələ bərpası
  • Əməliyyatdan sonrakı dövr
  • Yorğun ayaq sindromu

Hansı hallarda müraciət etmək olar?

  • Ödem və şişkinlik
  • Limfostaz
  • Selülit
  • İdman sonrası bərpa

Bu üsulun tətbiq olunduğu problemlər

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.