Onurğa və qamət

Hiperlordoz

Onurğanın bel nahiyəsində həddindən artıq önə əyilməsi. Son zamanlar halları sürətlə artır.

Hiperlordoz yalnız estetik narahatlıq yaratmır — daimi bel ağrılarına, onurğa sütununda yüklənməyə, gəzinti və duruş pozğunluqlarına səbəb ola bilər.

Səbəbləri

  • Zəif qarın və kürək əzələləri
  • Yanlış duruş
  • Uzun müddət oturaq həyat tərzi
  • Uşaqlarda düzgün olmayan idman yönləndirməsi

ELF Center-də tətbiq olunan yanaşma dərmansız və iynəsizdir: osteopatiya seansları, reabilitasiya proqramları və müalicəvi idman kompleksləri.

Tətbiq etdiyimiz üsullar

Osteopatiya

Əzələ-skelet sistemi, daxili orqanlar, onurğa, sinir sistemi və qan dövranı üzərində əl ilə işləyən müalicə üs…

Müalicəvi bədən tərbiyəsi (MBT)

Təkcə müalicə kifayət etmir — hərəkət də vacibdir. Ən yaxşı nəticə davamlı məşqlə əldə olunur.

Gimnastika və fitness qrupları

Həftədə 2 dəfə — həm uşaqlar, həm də xanımlar üçün xüsusi proqram.

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.