Müalicəvi bədən tərbiyəsi kifoz, skolioz və duruş pozuntularında müalicənin vacib hissəsidir. Mütəmadi məşq əzələlərin güclənməsinə və düzgün duruşun formalaşmasına kömək edir.
Masaj + MBT + fizioterapiya — bu üç komponentin vahid şəkildə tətbiqi bərpa və müalicə prosesini xeyli sürətləndirir. Estetik postur problemlərində qısa müddət ərzində alınan nəticələr bunun bariz nümunəsidir.
Valideynlər çox vaxt nəticəni yalnız həkim qəbulundan gözləyirlər. Amma nəticənin davamlı olması üçün məşqlər də vacibdir. Məhz buna görə hər uşaq üçün proqram fərdi hazırlanır.
Hansı hallarda müraciət etmək olar?
- Skolioz və kifoz
- Hiperlordoz
- Yastıayaqlıq
- Valgus və varus deformasiyası
- Əzələ disbalansı