Bəzən valideynlər düşünür ki, «böyüyəndə özü düzələr». Amma onurğa və qamət problemləri vaxtında diqqət tələb edir.
Əgər övladınız bel, boyun və ya ayaq ağrılarından şikayət edirsə, tez yorulursa, əyri oturursa, yerişində dəyişiklik hiss edirsinizsə — gözləməyin.
Uşaqlıq və yeniyetməlik dövründə vaxtında aparılan müayinə və reabilitasiya daha effektiv nəticə verir. Böyümə tamamlandıqdan sonra bəzi problemlərin korreksiyası daha çətin olur.
Bir çox problem erkən mərhələdə heç bir əlamət vermir
Qamət və onurğa problemlərinin çoxu ağrısız başlayır. Vaxtında osteopat müayinəsi skolioz, yastıayaqlıq və digər dəyişiklikləri erkən aşkarlamağa kömək edir. Profilaktika həmişə müalicədən daha asandır.