Onurğa və qamət

Disk yırtığı nə zaman əməliyyatsız müalicə olunur?

Yırtığın ölçüsü həlledici rol oynamır. Vacib olan sinir köklərinin vəziyyətidir.

Müəllif: Dr. Elfanə Süleymanova Tibbi baxışdan keçib

Bəzən kiçik ölçülü yırtıqlar sinir köklərini sıxarsa, ölçüsündən asılı olmayaraq mütləq əməliyyat olunmalıdır.

Əməliyyata mütləq göstərişlər

  • Ekstruziya — yırtığın qopması və kanal daxilinə doğru yerdəyişməsi
  • Sinir köklərinin kəskin sıxılması
  • Spinal kanalın daralması və kompressiya

Yerdə qalan bütün hallarda fəqərəarası disk yırtığı əməliyyatsız müalicə oluna bilər.

Osteopatik müalicə nəyi hədəfləyir?

Osteopatik müalicə yırtığın meydana gəlməsinə səbəb olan dayaq-hərəkət sistemi və daxili orqan disfunksiyalarını aradan qaldırmaq və ya düzəltmək məqsədi daşıyır. Son məqsəd fəqərələrin bir-birinə nisbətən normal vəziyyətini, onurğanın bütün hissələrinin vahid sağlam hərəkətliliyini və bütövlükdə bədənin normal fəaliyyətini bərpa etməkdir.

Müalicə zamanı fəqərəarası diskdə patoloji təzyiq aradan qaldırılır, əzələ spazmı aradan qalxır, ağrılar kəsilir, qan dövranı bərpa olunur.

Yırtığın ölçüsü azalırmı?

Bizim öz təcrübəmizə və dünyada aparılan müşahidələrə əsasən qeyd etmək olar ki, düzgün müalicə və reabilitasiya alan pasiyentlərin çoxunda yırtığın ölçüləri azala bilər. Adətən ağrıların kəskin dövründə müalicənin məqsədi sinir sıxılmasının və iltihabın aradan qaldırılmasıdır; ölçünün azalması isə adətən 6–12 aydan tez baş vermir.


Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.