Onurğa və qamət

MRT-də hər şey normaldır, amma ağrı hələ də keçmir

Bu, bir çox insanın yaşadığı haldır. Bəzən ağrının səbəbi MRT-də görünmür.

Müəllif: Dr. Elfanə Süleymanova Tibbi baxışdan keçib

Gərgin əzələlər, hərəkət məhdudiyyəti və bədəndə yaranan balans pozuntuları da ağrıya səbəb ola bilər. Bunlar MRT və rentgendə görünmür.

Avtomobildən düşərkən, ayaq üstə durarkən və ya ağır bir şey qaldıranda belinizdə sancı yaranırsa, səbəb funksional gərginliklər ola bilər. Osteopatiya bu problemi bədənə toxunaraq tapır və aradan qaldırır.

Oma (sakroiliak) bloklanması

Bəzən nə disk yırtığı, nə fəqərə çıxıntısı görünür, amma ağrı ciddi olur. Çünki problem onurğanın hərəkətliliyində — xüsusilə oma (sakroiliak) hissəsində bloklanma ola bilər. Osteopatik manual müayinə ilə bu blokları aşkar etmək mümkündür.

Osteopatiya bədənə bütöv yanaşır. Məqsəd təkcə ağrıyan nahiyəyə baxmaq deyil, ağrının əsl səbəbini tapmaqdır. Bəlkə də problemin səbəbi düşündüyünüz yerdə deyil.


Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.