Uşaq sağlamlığı

Ağır məktəbli çantası uşaqlarda skolioz yarada bilərmi?

Bəli — xüsusən düzgün daşınmadıqda. Çantanın çəkisi, hansı çiyində daşındığı və uşağın yerişi onurğaya düşən yükü birbaşa müəyyən edir.

Müəllif: Dr. Elfanə Süleymanova Tibbi baxışdan keçib

Uşaq hər gün yaşına və çəkisinə uyğun olmayan ağır çantanı tək çiyində daşıyırsa, irəli əyilərək yeriyirsə və uzun müddət bu yüklə hərəkət edirsə — onurğa bir tərəfə yüklənir, əzələlər arasında balans pozulur və zamanla skolioz riski artır.

Xüsusilə böyümə dövründə olan uşaqlarda bu yük

  • Çiyinlərdə asimmetriya
  • Bel və kürək ağrıları
  • Duruş pozğunluğu

Nə etmək lazımdır?

  • Çanta çəkisi uşağın çəkisinin 10–15%-ni keçməməlidir
  • Hər iki çiyində daşınmalıdır
  • Uşağın duruşu mütəmadi yoxlanmalıdır
  • Erkən mərhələdə mütəxəssis baxışı çox önəmlidir

Skolioz çox vaxt elə gündəlik vərdişlərdən — eyni tərəfdən çanta daşımaqdan, yanlış duruşdan və əzələ disbalansından başlayır. Biz bu prosesi yalnız «bel əyriliyi» kimi yox, bütün bədənin tarazlıq pozulması kimi qiymətləndiririk.


Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.