Son zamanlar batutlu, matlı uşaq oyun mərkəzləri geniş yayılıb. Valideynləri xəbərdar etmək istəyirik: nəzarətsiz və hazırlıqsız batut istifadəsi onurğa və oynaqlara ciddi yük salır.
Kiçik uşaqlarda sümük və bağ aparatı hələ tam formalaşmayıb. Nəzarətsiz sıçrayış zamanı onurğaya düşən kompressiya yükü böyüklərdəkindən qat-qat təhlükəlidir.
Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat