İynə terapiyaları

Akupunktura

Bədənin xüsusi aktiv nöqtələrinə nazik iynələrlə təsir — Çin təbabətinin müasir tibbdə qəbul olunmuş metodu.

Akupunktura daxili orqanlarda baş verən enerji blokadasının dəridəki xüsusi nöqtələr vasitəsilə tənzimlənməsinə yönələn üsuldur. Bu metoda görə xəstəliklərin yaranma səbəbi bədəndəki enerji balansının pozulmasıdır. Tarazlığı bərpa etmək üçün bioloji aktiv nöqtələrə iynə, lazer və ya elektrik ilə təsir edilir.

Min illər öncə kəşf edilməsinə baxmayaraq, akupunktura bu gün müasir tibb elmi tərəfindən də qəbul edilir və inteqrativ tibbin bir sahəsidir.

Nələrdə tətbiq olunur?

  • Miqren və baş ağrıları
  • Fəqərəarası disk yırtığının səbəb olduğu motor və sensor disfunksiya
  • Yuxusuzluq və depressiya
  • Siqaret asılılığı
  • Arterial hipertenziya
  • Miogeloz və fibromialgiya
  • Artıq çəki ilə mübarizədə kompleks müalicənin bir hissəsi kimi

Akupunktura heç də hər kəsin qorxduğu kimi ağrılı proses deyil — qısa zamanda əzələlərdə relaks effekti almaq və ağrılardan azad olmaq üçün seçilə bilər. İstənilən yaşda tətbiq olunur.

Hansı hallarda müraciət etmək olar?

  • Miqren və baş ağrıları
  • Disk yırtığı ağrıları
  • Yuxusuzluq
  • Fibromialgiya
  • İnsult sonrası bərpa

Bu üsulun tətbiq olunduğu problemlər

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.