Zəli terapiyası qan dövranını gücləndirir, bədənin özünü bərpa proseslərini aktivləşdirir və iltihabları azaldır. Bədəndəki durğunluğu aradan qaldırır, toxumaların qidalanmasını və enerji balansını bərpa etməyə kömək edir.
Üstünlükləri
Zəlinin ağız suyunda olan oliqoraza fermenti varikoz xəstəliyi zamanı trombla tutulmuş venoz damarların içini təmizləyir, keçiriciliyini artırır, kiçik damarların mənfəzini açır və qan durğunluğunun qarşısını alır.
Zəli insult və infarktın profilaktik üsullarından biri sayılır. Varikoz xəstəliyi, bir sıra ginekoloji xəstəliklər (mioma, endometrioz, yumurtalıq kistaları), hipertoniya xəstəliyi zamanı uğurla istifadə olunur. Bir çox dəri xəstəliyinin (trofik xoralar, psoriaz, ekzema, sklerodermiya) müalicəsində də təsirlidir.
Kosmetik tətbiq
Zəlinin fermentləri ilə üz dərisi cavanlaşır, qidalanır, daha təravətli olur və təbii yolla liftinq effekti yaranır. Xüsusilə yağlı dərilər üçün uyğundur — dəri altı səpkiləri azaldır, kiçik mimik qırışları aradan qaldırır.
Hansı hallarda müraciət etmək olar?
- Varikoz
- Hipertoniya
- Ginekoloji problemlər
- Osteoxondroz
- Revmatoid poliartrit
- Dəri xəstəlikləri