So-Check (Oligoscan) — Fransa istehsalı, spektrofotometrik üsulla işləyən diaqnostika cihazıdır. Spektral fotometriya üsulu 1930-cu illərdən tanınır və Nobel mükafatına layiq görülüb.
Nə ölçülür?
- Vitamin balansı — A, C, E, D3, B6, B12, B9 və B qrupu
- Mineral və mikroelementlər — kalsium, maqnezium, sink, selen, dəmir və s.
- Ağır metallar — civə, qurğuşun, kadmium və digərləri
- Mineral nisbətləri — kalsium/maqnezium, kalium/natrium balansı
- Oksidləşdirici stress səviyyəsi
- Detoks göstəriciləri
- Qan dövranı, sinir sistemi və hormonal balans haqqında funksional məlumatlar
Necə aparılır?
Ovucun 4 nöqtəsinin analizi toxumalarda mineral və mikroelementlərin konsentrasiyası, oksidləşdirici stressin səviyyəsi haqqında məlumat verir və maddələr mübadiləsini qiymətləndirməyə imkan yaradır. Analiz tamamilə qeyri-invaziv və ağrısızdır, nəticə bir neçə dəqiqəyə hazır olur.
Bu diaqnostika nə verir?
- Ağır metallarla intoksikasiyanın dərəcəsi və orqanizmin onları eliminasiya qabiliyyəti
- Mineral balansının kəmiyyət nisbəti, defisit və ya artıqlıq
- Oksidləşdirici stressin səviyyəsi və antioksidləşdirici status
- Regenerativ potensialın qiymətləndirilməsi
- Xroniki xəstəliklərə (şəkərli diabet, allergiya) meyillik dərəcəsi
Analiz nəticələri əsasında həkim tərəfindən ətraflı izah və tövsiyələr verilir, ümumi vəziyyət qiymətləndirilərək fərdi yanaşma planı təqdim olunur.
Hansı hallarda müraciət etmək olar?
- Xroniki yorğunluq və halsızlıq
- Vitamin-mineral çatışmazlığı
- Saç tökülməsi və dəri problemləri
- Detoks planlaması
- Uşaqlarda immunitet və konsentrasiya problemləri