Fizioterapiya və aparat müalicəsi

TENS terapiyası

Transkutan elektrik sinir stimulyasiyası — dərmansız ağrı idarəetməsi.

TENS terapiyası dərialtı sinirlərə elektrik impulsları göndərərək ağrını idarə etməyə kömək edən qeyri-invaziv və təhlükəsiz müalicə üsuludur. Xüsusilə dərmansız müalicəyə üstünlük verənlər üçün uyğundur.

Necə işləyir?

  • Ağrı siqnallarını beyin tərəfindən qəbul edilmədən öncə bloklayır
  • Endorfin ifrazını stimullaşdıraraq təbii ağrıkəsici effekt yaradır
  • Əzələ spazmını və gərginliyi aradan qaldırır
  • Toxumalara qan axınını artıraraq şəfa prosesini sürətləndirir

Skoliozda TENS

Skolioz zamanı əzələlərdə gərginlik və spazmlar yaranır. TENS bu əzələləri rahatladaraq duruşu yaxşılaşdırmağa və hərəkətliliyi artırmağa kömək edir. Elektrik stimulyasiyası qan axınını artıraraq toxumaların daha yaxşı qidalanmasına şərait yaradır.

Hansı hallarda müraciət etmək olar?

  • Boyun, bel, çiyin və oynaq ağrıları
  • Miqren və baş ağrıları
  • Nevropatik ağrılar
  • Travma sonrası bərpa
  • Skolioz — dəstəkləyici metod
  • Artroz və fibromialgiya

Bu üsulun tətbiq olunduğu problemlər

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.