Osteopatiya haqqında

Akupunktura, Dry Needling və akupressura — eyni prosedurdur?

Xarici görünüşcə oxşar olsalar da, hər birinin tətbiq sahəsi və təsir mexanizmi fərqlidir.

Müəllif: Dr. Elfanə Süleymanova Tibbi baxışdan keçib

Əslində yox. Bu üsullar bir-birinə bənzəyə bilər, amma nəzəri əsasları, göstərişləri və təsir prinsipləri fərqlidir.

Akupunktura

Çin təbabətindən gələn üsuldur. Bədəndəki enerji kanallarının (meridianların) balansını bərpa etməyə yönəlib. Bioloji aktiv nöqtələrə iynə, lazer və ya elektrik ilə təsir edilir.

Dry Needling (quru iynələmə)

Müasir qərb fizioterapiyasından gələn üsuldur. Əzələ daxilindəki gərginlik nöqtələrinə (trigger point) hədəflənir. Nazik iynə vasitəsilə dəri, fasiya, əzələ və liqamentlərə nüfuz edilir — bu, sinir və əzələ əlaqələrini balanslayır.

Akupressura

İynəsiz üsuldur — eyni bioloji aktiv nöqtələrə barmaqla təzyiq tətbiq olunur.


Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.