Həzm və daxili orqanlar

Ayağı ayağın üstünə ataraq oturmaq və yemək — bədənə nə edir?

Bəzən hər gün etdiyimiz hərəkətləri sadəcə vərdiş hesab edirik. Amma bədən bu şəkildə bizə nəyinsə düzgün olmadığını göstərir.

Müəllif: Dr. Elfanə Süleymanova Tibbi baxışdan keçib

Ayağı ayağın üstünə qoyaraq yemək yemək bir çoxumuzun adətidir. Amma bilirdinizmi ki, bu vərdiş həzm prosesinə mənfi təsir göstərə bilər?

Belə oturuş qarın boşluğunda orqanlara təzyiq yaradır, mədənin normal hərəkətliliyini azaldır və qidanın parçalanması ilə sorulmasına mane ola bilər. Nəticədə yemək tam həzm olunmur və orqanizmə lazım olan qidalar düzgün çatmır.

Düzgün oturuş — ayaqlar yerə düz basılmış, bədən sərbəst — mədənin işini asanlaşdırır və yeməyin daha rahat həzm olunmasını təmin edir.


Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.