EMSHIF çanaq dibi əzələlərini yüksək intensivlikli elektromaqnit impulsları ilə supramaksimal yığılmalara məcbur edən qeyri-invaziv prosedurdur. Bakıda ilk dəfə ELF Center-ə gətirilib.
Cəmi 30 dəqiqəlik prosedur zamanı əzələlər minlərlə dəfə yığılır. Soyunmağa və ya hər hansı hərəkət etməyə ehtiyac yoxdur — siz sadəcə rahat şəkildə əyləşirsiniz. Ağrısız, əməliyyatsız, bərpa müddəti olmadan.
Qadınlarda
- Doğuşdan sonra zəifləyən çanaq dibi əzələlərinin bərpası
- Sidik qaçırma probleminin azalması
- Uşaqlıq sallanmasında dəstək
- Cinsi funksiyanın yaxşılaşması
- Diastaz və qarın əzələ zəifliyi
Kişilərdə
- Çanaq nahiyəsində qan dövranının dəstəklənməsi
- Çanaq dibi əzələlərinin gücləndirilməsi
- Prostat nahiyəsində narahatlıq
- Sidik problemləri və çanaq ağrıları
Hansı hallarda müraciət etmək olar?
- Sidik qaçırma
- Çanaq dibi əzələ zəifliyi
- Doğuş sonrası bərpa
- Uşaqlıq və mədə sallanması
- Nevroloji problemlərdə əzələ-sinir əlaqəsi