Hamiləlikdə bel ağrıları çox yayğındır, amma dərman içmək olmaz və çox vaxt reabilitasiya da məsləhət görülmür. Osteopatiya bədənin özünü şəfalandırma qabiliyyətini dəstəkləyən yumşaq və təbii üsuldur.
Osteopatiyanın hamiləlik zamanı faydaları
- Ağrısız hərəkət üçün dəstək — çəki artımı və hormonların yaratdığı oynaq gərginliyinin azaldılması
- Daha rahat nəfəs alma — diafraqmanın sərbəst hərəkətinin təmin edilməsi
- Çanaq və bel bölgəsində balansın bərpası
- Qan dövranının yaxşılaşması — ayaqlarda şişkinliyin azalması
Doğuşa hazırlıq
- Çanaq və onurğa bölgəsindəki sıxılmalar aradan qaldırılaraq doğum kanalı maksimum açılır
- Duruş problemlərinin həlli — çanaq bölgəsində təzyiqin azalması
- Hormonal dəyişikliklərin yaratdığı narahatlıqların azaldılması
- Fasya və əzələlərdəki gərginliyin azaldılması — körpənin optimal vəziyyətə gəlməsi
- Çətin doğuşa səbəb ola biləcək struktur problemlərin erkən diaqnozu
Nəticədə: ana üçün daha rahat doğuş, körpənin düzgün mövqeyə gəlməsi, çanaq və bel ağrılarının azaldılması, doğum sonrası bərpa müddətinin qısaldılması.
Tətbiq etdiyimiz üsullar
Osteopatiya
Əzələ-skelet sistemi, daxili orqanlar, onurğa, sinir sistemi və qan dövranı üzərində əl ilə işləyən müalicə üs…
EMSHIF Kegel kreslosu
Bir seansda minlərlə Kegel məşqinin effekti. Siz sadəcə oturursunuz — qalan işi texnologiya görür.
Yoga və meditasiya
Yoga sadəcə idman deyil — bədəninlə yenidən tanış olmaqdır.
Visseral osteopatiya
Daxili orqanlarla işləyən manual terapiya üsulu. Orqanların təbii hərəkətliliyini bərpa edərək funksiyalarını …