Daxili orqanlarda yığılan gərginlik təkcə həzm sistemini deyil, bütün bədən tarazlığını poza bilər. Visseral osteopatiya orqanların ətrafındakı gərginliyi yumşaq, lakin təsirli əl texnikaları ilə azaldır, qan və limfa axınını aktivləşdirir.
Hansı hallarda faydalıdır?
- Mədə-bağırsaq pozğunluqları — qəbizlik, köp, reflüks, qastrit
- Mədə sallanması (qastroptoz)
- Öd durğunluğu, öd kisəsində diskomfort
- Ginekoloji problemlər — ağrılı menstrual dövr, endometrioz, yapışıqlıqlar
- Sidik yolları problemləri — sistit, tez-tez sidiyə getmə
- Daxili orqanların gərginliyi səbəbilə yaranan bel və onurğa ağrıları
- Əməliyyat və ya doğuşdan sonra qarında sərtlik hissi
Səhər yuxudan bel ağrısı ilə oyanırsınızsa, rentgen və MRT-də heç bir patologiya aşkar olunmursa, lakin ağrı keçmirsə — səbəb həzm sistemi ilə əlaqəli ola bilər. Bədən vahid sistemdir: bir nahiyədəki disfunksiya tamam başqa yerdə ağrı kimi özünü göstərir.
Hansı hallarda müraciət etmək olar?
- Qastroptoz (mədə sallanması)
- Qəbizlik, köp, reflüks
- Uşaqlıq sallanması
- Səbəbi tapılmayan bel ağrıları
- Doğuş və əməliyyat sonrası bərpa