Manual terapiya haqqında eşidən çox insan bu prosedurun ağrılı olduğunu düşünüb qorxur. Lakin qorxmağa əsas yoxdur. Seans oynaqların hərəkətliliyini və funksiyasını normallaşdırır, əzələ gərginliyini azaldır və ağrıları aradan qaldırır.
ELF Center-də fəaliyyət göstərən manual terapistlər öz üsullarını hər bir pasiyentə fərdi şəkildə uyğunlaşdırırlar — bu da ağrı ehtimalını aradan qaldırır. Pasiyentlərimiz elə ilk prosedurlardan etibarən ağrılarının azaldığını və özlərini daha gümrah hiss etdiklərini qeyd edirlər.
Manual terapiya sayəsində əzələ gərginliyi qısa müddətdə aradan qalxır və pasiyentin ağrıları tez azalır.
Hansı hallarda müraciət etmək olar?
- Boyun və bel yırtıqları
- Çanaq disfunksiyaları
- Oynaq ağrıları
- Skolioz və kifoz
- Qulunc ağrıları
- Əzələ spazmları