Osteopatiya və manual terapiya

Uşaq və körpə osteopatiyası

Yenidoğulmuşdan yeniyetməyə qədər — yumşaq, ağrısız və tamamilə təhlükəsiz yanaşma.

Körpələr üçün osteopatiya zərif və qayğıkeş əllərlə mülayim müalicəvi təmas metodikasıdır. Bu üsul hətta zəif yenidoğulmuşlara da uyğundur. Osteopat yumşaq hərəkətlərlə körpənin bütün bədənini yoxlayır və bir çox problemə səbəb ola biləcək bədən sıxılmalarını aradan qaldırır.

Körpəni osteopata göstərməyi vacib edən 6 əlamət

  • Əmmə refleksinin zəif olması
  • Çox qusma, tez-tez qaytarma
  • Yuxu ilə bağlı çətinliklər
  • Səbəbsiz yerə qışqırma və narahatlıq
  • Baş deformasiyası, başın daim bir tərəfə çevrilməsi
  • Qida qəbulunun problemli olması

İlk qəbul nə vaxt olmalıdır?

Yenidoğulmuşlar (0–1 ay) — doğuşdan sonrakı ilk həftələr optimal vaxtdır. Xüsusilə çətin və ya sürətli doğuş, keysəriyyə, göbək bağının dolanması, vakuum və ya maşa istifadəsi, baş asimmetriyası və ya əyriboyunluq olduqda.

Körpələr (1–12 ay) — yuxu pozuntuları, motor inkişafın ləngiməsi, hipertonus və ya hipotonus, sancı və qaz problemləri, başı yalnız bir tərəfə çevirmə meyli.

Böyük uşaqlar (1 yaşdan yuxarı) — tez-tez soyuqdəymə və zəif immunitet, qamət pozuntuları, hiperaktivlik və diqqət problemləri, yıxılma və travmaların nəticələri, nitq gecikməsi.

Osteopatiya uşaqlarda nəyi müalicə edir?

  • Doğuş travmasının fəsadları
  • Yenidoğulmuşlarda sancılar
  • Döş qəfəsi deformasiyaları
  • Birinci boyun fəqərəsinin (atlasın) blokadası
  • Kəllə sümüklərində asimmetriya
  • Psixomotor inkişafın ləngiməsi
  • Diqqət yayınıqlığı və yaddaş problemləri
  • Qamət pozulması, skolioz, kifoz
  • Əyriboyunluq (tortikollis)
  • Yastıayaqlıq və valgus deformasiyası

Hansı hallarda müraciət etmək olar?

  • Doğuş travmaları
  • Körpə sancısı və qazı
  • Əyriboyunluq (tortikollis)
  • Yuxu pozuntuları
  • Motor inkişafın ləngiməsi
  • Autizm spektrində dəstək terapiyası
  • Hiperaktivlik

Bu üsulun tətbiq olunduğu problemlər

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.