Üz asimmetriyası ilə müraciət edən bir çox pasiyent əsl səbəbi bilmədən plastik cərrahlara müraciət edir. Halbuki üz asimmetriyasının səbəbi bilavasitə bədən asimmetriyası ola bilər. Kifoz və skolioz kimi problemlər onurğa sütununda disbalansa səbəb olduğundan, bu təsir bütün bədən boyu — hətta üzə qədər yayılır.
Stress, travmalar və duruş problemləri də üz asimmetriyasına səbəb ola bilər. Osteopatik texnikalarla yumşaq toxuma, sinir sistemi və sümüklərlə işləyərək bu səbəblər aradan qaldırılır.
İnyeksiyalar və ya aparat kosmetologiyasından fərqli olaraq, kosmetoloji osteopatiya daha qalıcı effektlər yaradır.
Hansı hallarda müraciət etmək olar?
- Üz asimmetriyası
- Gicgah-çənə oynağı disfunksiyası
- Estetik burun əməliyyatından sonrakı gərginlik
- Boyun mənşəli üz problemləri