ELF Center-də Hatha yoga dərsləri keçirilir. Dərslər həm yeni başlayanlar, həm də təcrübəsi olanlar üçün uyğundur və iş rejimi nəzərə alınaraq axşam saatlarında təşkil olunur.
Yoganın faydaları
- Bədəndəki gərginliyi azaldır
- Bel, boyun və kürək ağrılarını yüngülləşdirir
- Onurğanın elastikliyini artırır
- Nəfəs və zehin balansını gücləndirir
- Stress və yorğunluğu azaldır
- Oynaq hərəkətliliyini yaxşılaşdırır
- Mənfi emosiyaların öhdəsindən gəlməyi öyrədir
Nəfəs texnikaları və meditasiya
Bəzən özünüzü daha yaxşı hiss etmək üçün sadəcə düzgün nəfəs almağı öyrənmək kifayətdir. Mərkəzimizdə Kumbhaka nəfəs texnikası, Vipassana üslubunda meditasiya və Tibet gimnastikası dərsləri də təşkil olunub.
Hansı hallarda müraciət etmək olar?
- Stress və gərginlik
- Bel və boyun ağrıları
- Yuxusuzluq
- Elastikliyin artırılması