Osteopatik analiz zamanı sadəcə «ağrıyan yer» yoxlanmır. Həkim bədəni ayaqüstə analiz edir, çiyin, çanaq və onurğadakı asimmetriyanı tapır, əyriliyin harada və necə yarandığını müəyyən edir, bədənin kompensasiya etdiyi nöqtələri aşkar edir. Sonra pasiyent uzandırılır və tapılan səbəb üzərində işlənir.
Real nümunə: diz ağrısı, çanaq mənşəli
Pasiyentimiz sadəcə diz problemi olduğunu düşünürdü. Amma müayinə zamanı gördük ki, problem çanaqdan gəlir. Saatlarla oturmaq çanağı «bloklayır», onurğanı passivləşdirir və əzələləri zəiflədir. Nəticədə ağrı başqa yerdə ortaya çıxır: dizdə, topuqda, dirsəkdə, boyunda.
Real nümunə: çiyin ağrısı, boyun mənşəli
Pasiyentimiz çiyin ağrısı şikayəti ilə müraciət etdi. İlk baxışda problem çiyində görünsə də, osteopatik müayinə zamanı əsl səbəbin boyun fəqərələrində olduğunu aşkar etdik. Boyun fəqərələrindəki gərginlik çiyinə əks olunduğu üçün ağrılar yaranırdı.