Ağrı və bədən

«Telefon boynu» sindromu: gündəlik vərdiş, uzunmüddətli problem

Başı daim aşağı əymək boyun əzələlərinə böyük yük yaradır və zamanla ağrıya səbəb olur.

Müəllif: Dr. Elfanə Süleymanova Tibbi baxışdan keçib

Gündəlik həyatımızda saatlarla telefon və kompüter qarşısında əyilmiş vəziyyətdə oluruq. Bu da boynun 1-ci fəqərəsi — Atlas üzərinə böyük yük salır.

Nəticədə

  • Baş ağrısı
  • Boyun ağrısı
  • Yorğunluq
  • Konsentrasiya çətinliyi

Zamanla bu gərginlik sinirləri sıxaraq baş ağrısı, yuxusuzluq, qol keyiməsi və hətta görmə problemlərinə belə yol aça bilir.

Bu zəncirin sonu nədir?

Telefon → boyun → gərginlik → sinir sıxılması → gələcəkdə MRT-lik problem. Yaxşı xəbər isə budur ki, bu problemlər düzəlir: osteopatiya ilə səbəbi tapırıq, sinir sıxılmasını açırıq və bədəni balansa gətiririk.


Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.