Ağrı və bədən

Boyun xırçıldatmağın təhlükələri və doğru rahatlama yolları

Bir çox insanın rahatlamaq üçün etdiyi bu vərdiş təkrarlandıqda ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Müəllif: Dr. Elfanə Süleymanova Tibbi baxışdan keçib

Zərərləri

  • Oynaqların zədələnməsi. Tez-tez xırçıldatma boyun oynaqlarını və qığırdaq toxumasını aşındıra bilər; uzun müddətdə artroz riskini artırır.
  • Sinir problemləri. Yanlış hərəkətlər sinirləri sıxa bilər — ağrı, keyləşmə və hərəkət məhdudiyyəti.
  • Damar narahatlıqları. Boyundakı iri damarlar (xüsusilə onurğa arteriyası) sıxıldıqda qan dövranı pozula bilər. Bu, başgicəllənmə və hətta insult riskini artırır.
  • Əzələ gərginliyi. Xırçıldatma əzələləri qeyri-təbii gərginliyə məruz qoyur — baş və boyun ağrısı ilə nəticələnə bilər.
  • Zədələnmə riski. Yanlış hərəkətlər ligamentlərə zərər verərək boyunun sabitliyini poza bilər.

Kimlər boyunu xırçıldatmamalıdır?

  • Yüksək təzyiqi olanlar — damar sıxılması riskini artırır
  • Onurğa problemləri olanlar
  • Əzələ spazmı və ya travma keçirmiş insanlar

Xırçıldatmadan rahatlama yolları

  • Stretching hərəkətləri — sadə boyun uzatma və çevirmə
  • İsti kompres — boyun nahiyəsinə isti dəsmal
  • Peşəkar masaj və ya osteopatik müalicə
  • Doğru duruş — uzun müddət oturarkən boynu düzgün vəziyyətdə saxlamaq
  • Stress idarəsi — nəfəs məşqləri, yoga

Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.