Profilaktika və həyat tərzi

Həyat hərəkətdir — və ya hərəkət olan yerdə həyat var

Biz hərəkət etmədikcə orqan və toxumalarımız əksinə hərəkət edəcək.

Müəllif: Dr. Elfanə Süleymanova Tibbi baxışdan keçib

Orqanizmimizdə hərəkəti təmin etməklə bir çox degenerativ, yəni dağıdıcı xəstəliyin qarşısını ala bilərik. Əks halda sonu «-oz» la bitən xəstəliklər artacaq: artroz, osteoxondroz və s.

Yürüş — ən sadə başlanğıc

Əgər heç bir idman edə bilmirsinizsə, mütləq yürüş edin. Yürüş zamanı nəfəs alıb-verməni düzgün etdikdə beyniniz daha çox oksigenlə qidalanır, qarın boşluğundakı orqanlar aktivləşir, həzm sistemi stimullaşır və stress azalır.

İmmunitet və hərəkət

Fiziki aktivlik zamanı əzələ və fasiyalarınız aktiv hərəkət edərək qan və limfa dövranını hərəkətə gətirir. Əsas immun hüceyrələrin limfa sistemində olduğunu nəzərə alsaq, virus infeksiyalarından qorunmanın ən effektiv üsullarından birinin fiziki aktivlik olduğunu görərsiniz.


Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.