Profilaktika və həyat tərzi

Boyun və kürək ağrısı yayda niyə artır? Səbəb kondisioner ola bilər

Bədən sərinliyə yox, ani temperatur dəyişikliyinə reaksiya verir.

Müəllif: Dr. Elfanə Süleymanova Tibbi baxışdan keçib

Əzələlər yığılır, fasiyalar gərilir, nəticədə ağrılar başlayır. Yaydakı boyun və bel ağrılarının əsas səbəblərindən biri məhz budur.

Osteopatik müayinə ilə bu problemlərin qarşısını almaq mümkündür — sərt müdaxilə yox, sadə toxunuşlarla.

Fəsillərin dəyişməsi bədənə necə təsir edir?

Boyun, bel, diz, əzələ ağrıları və oynaq sərtliyi fərqli fəsillərdə fərqli şəkildə ortaya çıxa bilər. Osteopatiya bədənin bu dəyişikliklərə adaptasiya olmasına kömək edir: oynaqların hərəkətliliyini artırır, əzələ və toxuma gərginliyini azaldır, sinir sistemi ilə qan dövranını tarazlayır.


Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.