Profilaktika və həyat tərzi

Oturaq həyat tərzi təkcə onurğaya təsir göstərmir

Kompüter arxasında uzun zaman qalmaq görün nələrə yol aça bilər.

Müəllif: Dr. Elfanə Süleymanova Tibbi baxışdan keçib
  • Qamət və onurğa. Əzələlər gərilir, qamət pisləşir, ağrı meydana çıxır.
  • Üz və asimmetriya. Düzgün olmayan qamət boyun vəziyyətinə təsir edir, zamanla isə üz simmetriyasında özünü büruzə verir.
  • Görmə. Gözlərin ekrandan gərginləşməsi onlarda yorğunluq və quruluq yaradır.
  • Dəri. Uzun saatlar eyni vəziyyətdə qalmaq qan dövranını yavaşladır — üz rəngi pisləşə bilər.
  • Fiqur və artıq çəki. Az hərəkətli həyat tərzi əzələlərin tonusunu aşağı salır və maddələr mübadiləsini ləngidir.

Bədənimiz uzun müddət hərəkətsiz qalmaq üçün yaradılmayıb. Nə qədər az hərəkət ediriksə, bel, oynaq və əzələ ağrıları bir o qədər artır.


Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.