Müalicə metodları

Kollagen həqiqətənmi bu qədər faydalıdır?

Kollagen iri ölçülü zülaldır — daxilə qəbul edildikdə bütün böyük zülallar kimi kiçik amin turşulara parçalanır.

Müəllif: Dr. Elfanə Süleymanova Tibbi baxışdan keçib

Əks halda biz yediyimiz zülala dönüşərdik. Düşünün: süd içirsiniz və süddən ibarət oynağınız olur, ya da yumurta yeyirsiniz və oynaqlarınızda yumurta toplanır. Absurddur, elə deyilmi?

Oynaqlara içdiyiniz kollagendən çox az hissə gedib çatır. Sadəcə ət və ya yumurta zülalından da eyni kollagen effektini ala bilərsiniz, çünki hər biri kiçik amin turşulara çevrilir və amin turşular lazım olduğu orqanda istifadə olunur.


Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.