Zəlinin ağız suyunda olan oliqoraza fermenti varikoz xəstəliyi zamanı trombla tutulmuş venoz damarların içini təmizləyir, keçiriciliyini artırır, kiçik damarların mənfəzini açır və qan durğunluğunun qarşısını alır.
Hansı hallarda uğurla istifadə olunur?
- Varikoz xəstəliyi
- Ginekoloji xəstəliklər — mioma, endometrioz, yumurtalıq kistaları
- Hipertoniya xəstəliyi
- Boyun osteoxondrozu və onurğa sütununun bütün hissələrinin osteoxondrozu
- Revmatizm və revmatoid poliartrit — həm ağrıları, həm də oynaqdakı şişkinliyi sürətlə azaldır
- Dəri xəstəlikləri — trofik xoralar, psoriaz, ekzema, sklerodermiya
Zəli qoyulması skleroz kimi xəstəliklərin, həmçinin beyin damarlarının spazmının qarşısını alır, beyin qan dövranını yaxşılaşdırır, hafizəni və diqqəti itiləşdirir.
Kosmetik tətbiq
Zəlinin fermentləri ilə üz dərisi cavanlaşır, qidalanır, daha təravətli olur və təbii yolla liftinq effekti yaranır. Xüsusilə yağlı dərilər üçün uyğun metodlardan biridir — dəri altı səpkiləri azaldır (1–5 seansa), kiçik mimik qırışları aradan qaldırır.