So-Check (Oligo-Scan) — Fransa istehsalı aparatdır. Spektral fotometriya üsulu 1930-cu illərdən tanınır və Nobel mükafatına layiq görülüb.
Necə işləyir?
Fotometr-skan kəmiyyət deyil, keyfiyyət təhlili üsuludur — vibrasiya rezonansını ölçür. Hər bir mineral və mikroelement xüsusi tezlik və rezonansa, işığı udma qabiliyyətinə malikdir. Skaner mineral və mikroelementlərin rənglərinin tam spektrini təhlil edib, dalğa uzunluğuna uyğun olaraq molekulların elektromaqnit şüalanmasının intensivliyini ölçür.
Ovucun 4 nöqtəsinin analizi toxumalarda mineral və mikroelementlərin konsentrasiyası, oksidləşdirici stressin səviyyəsi haqqında məlumat verir və maddələr mübadiləsini qiymətləndirməyə imkan verir.
Nə ölçülür?
- 20-yə yaxın əsas mineral və mikroelement
- 7 vacib vitamin (A, C, E, B6, B12, B9, D3)
- 14–15 ağır metal (civə, qurğuşun, kadmium və s.)
- Mineral balansları — kalsium/maqnezium, kalium/natrium
- Oksidləşdirici stress səviyyəsi
Bu diaqnostika nə verir?
- Ağır metallarla intoksikasiyanın dərəcəsi və orqanizmin onları eliminasiya qabiliyyəti
- Mineral balansının kəmiyyət nisbəti, defisit və ya artıqlıq
- Oksidləşdirici stressin və orqanizmin turşuluq dərəcəsi, antioksidləşdirici status
- Regenerativ potensialın qiymətləndirilməsi
- Xroniki xəstəliklərə (şəkərli diabet, allergiya) meyillik dərəcəsi